Xəbər - Elnur Bağışov – Trend:
İranın “Simurq” adlı super-kompüteri bu gündən işə başlayıb.
AzerTimes xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi özünün “Twitter” səhifəsində yazıb.
Azəri Cəhrominin sözlərinə görə, İranın super-kompüter sahəsində inkişafı sürətlə davam edəcək. Belə ki, bu gün “Simurq” super-kompüterindən 100 dəfə çox potensiala sahib növbəti super-kompüterin düzəldilməsinə başlanılıb.
Azəri Cəhromi əlavə edib ki, İKT sahəsindəki yeni super-kompüter iranlı alim Məryəm Mirzaxaninin xatirəsinə “Məryəm” adlanacaq.
Qeyd edək ki, İranın istehsal etdiyi “Simurq” super-kompüterinin məlumat mübadiləsi potensialı 0,5 petaflops olacaq. Gələn iki ay ərzində super-kompüterin məlumat mübadiləsinin 1 petaflopsa (saniyədə 1 kvadrilyon məlumat) yüksələcəyi bildirlir. Bu super-kompüterin nəqliyyat, hava proqnozu, süni intellektr analizləri üzrə xidmətlər göstərəcəyi qeyd olunur.