İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Səhənd” freqatı Bəndər-Abbas limanında batıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, böyük çətinliklə tarazlığı bərpa edilən “Səhənd”i saxlayan kəndir bu gün qırılıb və freqat batıb.
Qeyd edək ki, 7 iyulda İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhəri yaxınlığında İran donanmasının “Səhənd” gəmisində qəza baş vermiş və gəmi yarıya qədər suya batmışdı.