İranın sabiq naziri: Ölkə rəsmiləri cinayətkardır!

İranın sabiq naziri: Ölkə rəsmiləri cinayətkardır!

İranınn keçmiş daxili işlər naziri cinayətkar hərbçilər və ölkə rəsmilərinin mühakimə olunmasını tələb edib.

AzerTimes İran Teleqram kanallarına istinadən bildirir ki, islahatçı siyasi məhbus və keçmiş daxili işlər naziri Mustafa Taczadə Evin həbsxanasından göndərdiyi mesajda İran təhlükəsizlik qüvvələrinin Bəlucistan və Kürdüstanda etirazçılara qarşı tətbiq etdiyi zorakılığı pisləyib.

O, həmçinin Sistan-Bəlucistanda nümayişçilərə atəş açmaqda iştirak edən cinayətkar hərbçilərin və rəsmilərin mühakimə olunmasını tələb edib.

İslahatçı siyasi fəalın sosial şəbəkələrdəki səhifələrində dərc edilən mesajda yazılıb: “Təəssüflə qeyd etməliyəm ki, son iki ayın etirazlarında ən böyük haqsızlıq Sistan-Bəlucistanın dəyərli xalqına qarşı edilib”.

İran İnsan Haqları Təşkilatının elanına əsasən, ümummilli etirazların başladığı gündən noyabrın 11-nə qədər təhlükəsizlik qüvvələri tərəfindən 43-ü uşaq, 25-i qadın olmaqla, azı 326 nəfər öldürülüb.

“Zahidanın qanlı cüməsi” kimi tanınan hadisədə İranın təhlükəsizlik qüvvələri Zahidanda bir neçə saat ərzində 100-dən çox etirazçını, sünni ibadətçilər və yoldan keçənləry öldürüb.

Bundan başqa, Xaşda noyabrın 13-də baş verən olay zamanı ən azı 18 etirazçı, sünni ibadətçilər və yoldan keçənlər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Teqlər: