SEPAH-ın Aerokosmik Qüvvələri “Ghaem 100“ raket daşıyıcısını orbitə göndərib.
AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayır.
Buraxılış dünən SEPAH Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə və ölkənin silahlı qüvvələrinin bir qrup rəsmisinin iştirakı ilə həyata keçirilib.
Üçpilləli “Ghaem 1002 80 kq ağırlığında peykləri Yerdən 500 km məsafədə orbitə çıxarmaq iqtidarındadır.
ABŞ Dövlət Departamenti İran daşıyıcı raketinin buraxılışından narazılığını bildirib və qeyd edib ki, belə buraxılışlar vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarır.