İranın qızıl valyuta ehtiyatlarının həcmi açıqlanıb

İranın qızıl-valyuta ehtiyatları son bir ildə 57 faiz artaraq 57
milyard dollar təşkil edib.

Trend yeri KİV-ə istinadən xəbər verir ki, bunu İran Mərkəzi
Bankının rəhbəri Əli Salehabadi bildirib.

“İranın qızıl-valyuta ehtiyatları 2020-ci il üçün 36,5 milyard
dollar, 2021-ci ildə isə 57 milyard dollar təşkil edib”, –
Ə.Salehabadi bildirib.

Onun sözlərinə görə, ölkənin valyuta bazarında vəziyyət
əlverişli və balanslıdır.