İranın qızıl bazarı tənəzzülə uğrayır – Tağızadə

İranın qızıl bazarı tənəzzülə uğrayır – Tağızadə

İranda adətən qızıl satışının artdığı Analar Günü ərəfəsində qızıl bazarında vəziyyət qənaətbəxş deyil.

AzerTimes xəbər verir ki, bunu Məşhədin Qızıl, Zərgərlik və Gümüş Birliyinin rəhbəri Yusif Tağızadə İSNA-ya müsahibəsində deyib.

“Qızılın qiymətinin kəskin artması İranın qızıl bazarının ciddi resessiya ilə üzləşməsinə səbəb olub. Hazırda qızıl bazarı ciddi tənəzzül ilə qarşı-qarşıyadır. Yalnız sərmayə qoymaq niyyətində olanlar işlənmiş qızıl almaq üçün bazara gedirlər”, – Tağızadə bildirib.

Həmçinin Tağızadə bu il qızılın qiymətinin ötən illə müqayisədə 50% artığını, satışın isə 70% azaldığını qeyd edib.

Teqlər: