İranın polad zavodlarına haker hücumu edildi

İranın polad zavodlarına haker hücumu edildi

“Yırtıcı sərçə” adlı haker qrupu İranın Xuzistan, İsfahan və Hörmüzqan əyalətlərində yerləşən polad zavodlarına hücumlar təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, hakerlər zavodlara hücumun səbəbinin İslam Cümhuriyyətinin təcavüzlərinə cavab olduğunu bildiriblər.

Xuzistan Sənaye Şirkətinin müdiri Əmin İbrahimi hücumları təsdiqləyib və bildirib ki, zavodların İT sisteminin fəaliyyəti iflic edilib.

Teqlər: