İranın nüvə razılaşmasının imzalanmasında rəsmi Tehran məsuliyyət daşıyır – Psaki

İranın nüvə razılaşmasının imzalanmasında rəsmi Tehran
məsuliyyət daşıyır.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen
Psaki bildirib.

“Bizim qiymətləndirməmizə görə, bu sazişin bağlanmasında
məsuliyyət tamamilə İranın üzərinə düşür. Vaşinqton bu sazişi
imzalamağa tam hazırdır”, – C. Psaki bildirib.

Eyni zamanda, Psakinin sözlərinə görə, ABŞ hesab edir ki, İran
Vyanada çoxtərəfli danışıqlar zamanı nüvə sazişi ilə bağlı olmayan
suallar ortaya qoyur.

“Biz gördük ki, İran Vaşinqton və Tehranın nüvə sazişinin bütün
şərtlərinə qarşılıqlı riayət etməsinə heç bir aidiyyatı olmayan bir
sıra məsələlər qaldırıb”, – deyə Ağ Evin sözçüsü vurğulayıb.

Teqlər: