İranın nüvə obyektləri daha həssas vəziyyətə düşüb ki, bu da İsrailin mövcudluğuna təhlükəni aradan qaldırmağa imkan verir.
AzerTimes xəbər verir ki, bu sözləri İsrailin yeni müdafiə naziri İsrail Katz Baş Qərargah rəisi Herzi Halevi və israilli generallarla görüşdə deyib.
“Əsas vəzifələrdən biri İrandır. İran bu gün öz nüvə obyektlərinin zədələnməsinə həmişəkindən daha həssasdır. İndi ən mühüm vəzifəyə nail olmaq imkanı var – İsrail dövlətinin məhv edilməsi təhlükəsini aradan qaldırmaq, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq”, – Katz bildirib.