İranın nüvə obyekti yerin o qədər dərinindədir ki, ABŞ-ın hava hücumları çox güman, ora çata bilməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press”də yayılan məqalədə bildirilib.
“İranın mərkəzi hissəsindəki Zaqros dağlarının zirvəsi yaxınlığında işçilər yerin o qədər dərinliklərində nüvə obyekti tikirlər ki, ekspertlər və peyk görüntülərinin təhlilinə görə, bu, ABŞ-ın bu cür obyektləri məhv etmək üçün nəzərdə tutulan son silahının imkanlarından da kənardadır.
Planet Labs PBC-nin foto və videoları İranın nüvə proqramı ilə bağlı Qərblə qarşıdurması fonunda dəfələrlə təxribat hücumlarına məruz qalan Natanz nüvə sahəsi yaxınlığındakı dağda tunellər qazdığını göstərir”, – xəbərdə qeyd edilib.