İranın Milli dəmir yolu UNESCO Dünya İrsi Siyahısına daxil edilib

İran Milli dəmir yolu UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

AzerTimes-ın İRNA-ya istinadən verdiyi məlumata görə, qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Fuçjouda (Çin) onlayn formatda keçirilən 44-cü iclasında qəbul edilib.


1400 kilometr uzunluğunda olan xətt “Şimal-Cənub Dəmir Yolu” kimi tanınır və tikintisi barədə qərar 1926-cı ildə təsdiqlənib. Bir il sonra isə İran, Alman və Amerikalı mühəndislər bu 1394 kilometrlik xəttin inşasına başlayıblar.

Teqlər: