İranın məşhur futbolçusu zaminə buraxıldı

İranın məşhur futbolçusu zaminə buraxıldı

İranın futbol üzrə milli yığmasının reputasiyasını təhqir etmək, dövlətə qarşı təbliğat ittihamları ilə həbs edilən futbolçu Voria Qafuri zaminə buraxılıb.

AzerTimes xəbər verir ki, bu barədə “İran İnternəşnl” nəşri məlumat yayıb.

Qafuri ötən həftə məhkəmənin qərarı ilə həbs edilmişdi.

Xatırladaq ki, Qafuri 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında İran millisinin heyətində yer alıb. Lakin o, Qətərdəki mundialın yekun siyahısına daxil edilməmişdi. Bunun məhz siyasi səbəblərlə bağlı olduğu bildirilir.

Teqlər: