İranın MAQATE-yə cavabı: uran istehsalı başladı

İranın MAQATE-yə cavabı: uran istehsalı başladı

İran Atom Enerjisi Təşkilatı “Fordo” kompleksində 60% zənginləşdirilmiş uranın istehsalına başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, İranın Atom Enerjisi Təşkilatı bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) qərarına cavab olaraq atıb.

Bildirilib ki, MAQATE antiiran qətnaməsini təsdiqləyib və Tehrandan qurumla əməkdaşlıq etməsini istəyib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu addımı qeyri-konstruktiv adlandırıb və İranın cavab tədbirləri görəcəyini bildirib.

Teqlər: