İranın keçmiş səfirlərindən xəbərdarlıq bəyanatı

İranın keçmiş səfirlərindən xəbərdarlıq bəyanatı

İranın bir sıra keçmiş diplomatları bəyanat yayaraq, İran İslam Respublikasının Ukraynadakı müharibə ilə bağlı siyasətini tənqid edərək, bunu ölkənin maraqlarına zidd olduğunu bildirib və həmçinin nüvə danışıqlarının nəticəsiz qalması ilə bağlı xəbərdarlıq ediblər.

AzerTimes xəbər verir ki, İranın kamikadze dronlarının Ukrayna savaşında istifadə üçün Rusiyaya ixrac edilməsinə toxunan diplomatlar yazıblar:

“İran hökuməti qanuni olaraq neytrallığı pozmasa da, sual ondan ibarətdir ki, İranın Ukrayna müharibəsinə hazırkı yanaşması rejimin maraqlarına uyğundurmu və buna kifayət qədər diqqət ayırıbmı?”

Qeyd edək ki, İran Ukrayna savaşında istifadə üçün Rusiyaya PUA-lar göndərməklə bağlı məlumatı dəfələrlə rədd edib. Bununla belə, Ukrayna hökuməti və Qərb rəsmiləri Rusiyanın Ukrayna infrastrukturuna və mülki obyektlərinə hücumlarında İran dronlarından istifadə etdiyini göstərən çoxlu sənədlərin olduğunu deyirlər.

Teqlər: