İbrahim Rəisi hökumətinin keçmiş kənd təsərrüfatı naziri Cavad Sadatinejad barəsində 3 il azadlıqdan məhrumetmə qərarı çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei məlumat yayıb.
O, həmçinin keçmiş nazirin müavinləri və nazirliyin yüksək rütbəli 7 məmuru barədə də cinayət işinin açıldığını bildirib.
Qeyri-rəsmi məlumatlara görə, nazir və nazirlik əməkdaşları korrupsiyada günahlandırılırlar.