Mayın 16-da İran İslam Respublikası İslam Şurası Məclisi
sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament
nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament
Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün
Azərbaycana səfərə gəlib.
Trend xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda
İranın parlament nümayəndə heyətini Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət
Əsgərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər
rəsmi şəxslər qarşılayıblar.