İranın hava hücumundan müdafiə sistemi heç bir təyyarənin ölkənin hava məkanına daxil olmasına icazə verməyəcək.
AzerTimes xəbər verir ki, bunu İran ordusunun generalı Siyavuş Mihandust deyib.
“Hava Hücumundan Müdafiə Qoşunları indi elə bir hazırlıq vəziyyətindədir ki, heç bir təyyarə başqa ölkənin ərazisindən havaya qalxıb İran hava sahəsinə girə bilməyəcək. Nə təyyarə, nə də PUA-lar zərbə endirmək üçün ölkənin hava məkanına daxil ola bilməyəcək. İran güclü raketdən müdafiə sistemi yerləşdirib və lazım gələrsə, dərhal işə salınacaq”, – Mihandust bildirib.