İranın Hələbdəki konsulluğu silahlı qruplaşmaların hücumuna məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.
Bəqayi İranın Hələbdəki konsulluğuna edilən hücumu qətiyyətlə pisləyib:
“İran həm hüquqi, həm də beynəlxalq səviyyədə bu hücuma görə cavab verəcək”.