Tehranda yaşayan əfqanıstanlılar və başqa ölkə vətəndaşları ilə bağlı yeni plan hazırlanıb.
AzerTimes xəbər verir ki, bunu Tehran əyalətinin valisi Əlirza Fəxxari deyib.
O, İranda olan xarici ölkə vətəndaşlarının 50 faizinin Tehran əyalətində məskunlaşdıqlarını söyləyib:
“Tehranda qeyri-qanuni yaşayan xaricilərin həbs və deportasiya edilməsi ilə bağlı plan hazırlanıb və bu, qəti şəkildə icra ediləcək. Həmçinin qanuni yaşayış icazəsi olanlarla bağlı da plan hazırlanıb. Onlara da nəzarət güclənəcək”, – Fəxxari bildirib.
İranın daxili işlər naziri Əhməd Vəhidi də məsələ ilə bağlı açıqlamasında ölkənin artıq xarici vətəndaşları qəbul etmək və saxlamaq iqtidarında olmadığını söyləyib.
Nazir ölkədə olan xarici vətəndaşların öz ölkələrinə geri qayıtmaları üçün şərait yaradılmasını istəyib.