Çin Xalq Respublikasının Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı mövqeyi sabit mövqedir və hələ də bu mövqedə davam etmək istəyir.
AzerTimes xəbər verir ki, bu sözləri Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.
“Pekin İran və Birləşmiş Ərəb Əmirlikləri arasındakı fikir ayrılıqlarını dialoq və məsləhətləşmə yolu ilə həll etməyə çağırır”, – o bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Çin və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində hazırda İran nəzarətində olan 3 adanın BƏƏ-ə məxsus olduğu vurğulanıb. Bundan sonra Çin Xalq Respublikasının Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran XİN Çin hökumətinin Birləşmiş Ərəb Əmirliklərinin Fars körfəzindəki 3 adaya qarşı iddialarını dəstəkləməsinə etiraz edərək, Pekinin İranın strateji müttəfiqi olduğuna görə məsələ ilə bağlı mövqeyində dəyişiklik etməsini istəyib.