İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycana bir günlük səfərə gələcək.
AzerTimes Report-a istinadən xəbər verir ki, Mehrabian bu gecə Bakıya gələcək.
Nazirin ölkə rəsmiləri ilə görüşləri iyulun 6-na planlaşdırılıb.
Səfər zamanı enerji sahəsində əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.