Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində məcburi hicab qaydalarına riayət etmədikləri və orucluq ayında müştərilərə xidmət göstərdikləri üçün 13 iş yerinin fəaliyyətinə qadağa qoyulub.
AzerTimes xəbər verir ki, bu barədə Marağa polis idarəsi məlumat yayıb.
Eyni səbəblərə görə, daha 45 iş yerinin lisenziyasının ləğv ediləcəyi ilə bağlı xəbərdarlıq edilib.