İranın daha bir naziri Ermənistana gəldi

İranın daha bir naziri Ermənistana gəldi

İranın əmək və sosial təminat naziri Seyid Sultan Mirtəzavinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfərə gedib.

AzerTimes xəbər verir ki, səfərin Ermənistan əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın dəvəti ilə bağ tutduğu bildirilib.

Səfərin məqsədi əmək və sosial müdafiə sahəsində, o cümlədən əmək resurslarının mübadiləsi, birgə tədris mərkəzlərinin yaradılması, uşaq məsələləri və s. istiqamətlərdə ikitərəfli əməkdaşlığı gücləndirməkdir.

27-28 fevral tarixində İran nümayəndə heyəti Ermənistan hökumət üzvləri ilə bir sıra görüşlər keçirəcək.

Teqlər: