Bəluclar İranda seçkiləri boykot etməyə çağırıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Ceyş əl-Ədl” Bəluc silahlı qruplaşması bəyanat yayıb.
“Vilayət əl-Fəqih rejimi (İranda hakim rejim) öz biabırçı əməllərini qanuniləşdirmək üçün bir vasitə kimi respublikadan və islamdan sui-istifadə edir. Bizim vəzifəmiz bu məzhəbçi rejimin cümhuriyyət və islamla heç bir əlaqəsi olmadığını göstərməkdir”, – bəyanatda qeyd olunub.