İranın cinayətlərinə görə xüsusi sessiya çağırılacaq

İranın cinayətlərinə görə xüsusi sessiya çağırılacaq

İran rejiminin cinayətlərinin araşdırılması üçün BMT-nin İnsan Haqları Komitəsinin xüsusi sessiyasının çağırılması planlaşdırılır.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Tvitter hesabında videomüraciətində bildirib.

Onun sözlərinə görə, İran BMT-nin üzvüdür və üzərinə insan hüquqlarının qorunması öhdəliyi götürüb.

Qeyd edək ki, İranda hüquq-mühafizə orqanlarının etiraz aksiyasında iştirak edənlərə atəş açması nəticəsində yüzlərlə insan ölüb.

Teqlər: