Xəbər - Elnur Bağışov – Trend:
Ötən gecə yerli vaxtla 02:46 radələrində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda 5 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 400 ev tamamilə dağılıb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Əndika rayonunun qubernatoru Əmrullah Nozəri deyib.
Ə.Nozərinin sözlərinə görə, zəlzələ Əndika rayonunun 120 kəndində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində indiyədək 3 nəfərin yaralandığı bildirilir.