İranın Qum şəhərində dövlət müəssisələri və məktəblər bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Qum əyalətinin ictimaiyyətlə əlaqələr idarəsi məlumat verib.
Qeyd olunub ki, havanın normadan artıq çirklənməsi səbəbindən sözügedən qərar qəbul edilib.
Bundan əlavə, tənəffüs yolu və ürək xəstəlikləri olanlara çölə çıxmamaları tövsiyə olunub.