İranın Kohgiluye və Boyerəhməd əyalətinin bir rayonunda son 3 il ərzində yoxsulluq və işsizlik səbəbindən 60 nəfər intihar edib.
AzerTimes xəbər verir ki, bu barədən İran parlamentinin Təhsil Komitəsinin üzvü Mehdi Roşənfikr məlumat yayıb.
O, intihar edənlərin əksəriyyətinin gənc olduğunu və əyalətdə qeyd olunan səbəblərə görə özünəqəsd hallarının kəskin artdığını deyib.
Boyerəhməd şəhərinin səhiyyə şəbəkəsinin rəhbəri Behnam Niyazi intihar edənlərə yas mərasimlərinin keçirilməsinin qadağan edilməsini təklif edib. O, özünə qəsd edənlər üçün ənənəvi dəfn mərasimlərinin keçirilməsinin yersiz olduğunu söyləyərək, bələdiyyələrdən buna qarşı tədbirlər görməyi istəyib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, son 7 ildə 40 min nəfərdən çox iranlı intihar edib və bu rəqəm hər il artmaqda davam edir.