İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi və Təhlükəsizlik Şurasının hazırkı sədri Əmir Səid İrəvani Antonio Quterreşə müraciət edib.
AzerTimes xəbər verir ki, o, BMT-nin Baş katibindən SEPAH generalı Rza Musəvinin öldürülməsinə görə İsraili mühakimə etməsini istəyib.
İrəvani bununla yanaşı, İsrailə cavab veriləcəyi ilə bağlı təhdid bəyanatı səsləndirib:
“İran uyğun zamanda İsrailin hərəkətinə həlledici cavab vermək hüququnu özündə saxlayır”.
Qeyd edək ki, dekabrın 25-də İsrailin hücumu nəticəsində Qüds briqadasının sabiq komandiri Qasım Süleymaninin yaxın silahdaşı və SEPAH müşaviri Seyid Rza Musəvi Suriyada həlak olub.