İranın bitməyən Ermənistan sevgisi: Prezident sözçüsü ermənicə tvit atdı – FOTO

İran hökumətinin sözçüsü və Prezidentin Sosial Kommunikasiyalar üzrə Köməkçisi Əli Rabei öz “Twitter” hesabında erməni dilində paylaşım edib.

Yenicag.az xəbər verir ki, təbrik mətnində erməni dilində “Yeni iliniz mübarək. Ümid edirəm 2021-ci il dünyanın bütün insanları üçün xoşbəxtlik və sağlamlıq ili olacaqdır” sözləri qeyd olunub.

İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanı dəstəkləyən və Azərbaycana əks olan ikili mövqeyi daha əvvəl də məlum idi. Hələ 44 günlük müharibə ərzində İran Ermənistana silah daşınması üçün öz ərazisinin tranzit olaraq istifadəsinə imkan vermişdi. Bu dəfəki təbrik mesajı isə İranın aylar əvvəl olduğu kimi elə indi də Ermənistanın tərəfində olduğunu bir daha ortaya qoyur.

Əli Rabei o şəxsdir ki, 44 günlük müharibə ərzində verdiyi açıqlamalarda İranın Dağlıq Qarabağda sülhün təmin olunması üçün hərbi müdaxilə imkanlarını belə nəzərdən keçirdiyini qeyd etmişdi.

Görünən odur ki, İran 44 gün ərzində Ermənistanı silahlandırması yetərli olmayıb, hətta Ermənistan tərəfdən müharibədə iştirak etmək arzusunda da olub.

Onu da xatırladaq ki, İran hökümət nümayəndəsi Əli Rabei müharibə ərzində verdiyi açıqlamalarda İranın “Azərbaycanın ərazi bütövlüyünü” tanımasını israrala qeyd edirdi. Ancaq indi müharibə bitib və İran hakimiyyəti artıq maskalanmağa ehtiyac duymur.

Ən azından Əli Rabeinin timsalında Ermənistanı onların öz dillərində təbrik edəcək qədər sevdiklərini nümayiş etdirir.

İran hökümət sözçüsünün Ermənistan sevgisinin səbəbləri tam olaraq bilinməsə də, bu sevginin bütün İran hakimiyyətinin paylaşdığı ortaq bir hiss olduğunu desək, yanılmarıq.

www.yenicag.az