İran parlamentinin deputatı Əhməd Naderi terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində həbs olunmasına reaksiya verib.
AzerTimes xəbər verir ki, deputat terrorçu qruplaşmanın rəhbərlərinin həbsini düzgün hesab etməyib.
“Bu, milli maraqlara ziddir”, – o bildirib.
Qeyd edək ki, ötən gün İrana bağlı terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində həbs olunmasına dair məlumat yayılıb.