İranın Baş Qərargahı təkzib etdi: Rəisinin ölümü…

İranın Baş Qərargahı təkzib etdi: Rəisinin ölümü…

İran Silahlı Qüvvələrinin Baş Qərargahı “Fars” nəşrinin mərhum prezident İbrahim Rəisiyə məxsus helikopterin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatı təkzib edib.

AzerTimes xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Fars”ın verdiyi məlumata görə, helikopterin qəzaya uğramasına səbəb olan amillərdən biri təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması və bu səbəbdən helikopterin lazımi hündürlüyü əldə etmək üçün kifayət qədər gücü olmadığı barədə məlumat yalandır”, – məlumatda deyilir.

Qeyd edək ki, daha öncə Rəisinin ölümü ilə bağlı araşdırmanın başa çatdığı və bədbəxt hadisə nəticəsində qəzanın baş verdiyi bildirilib.

Teqlər: