İran prezidenti və bir sıra dövlət rəsmilərinin həlak olması ilə bağlı mayın 22-dən etibarən İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq.
AzerTimes xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.