İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin XİN-i məlumat yayıb.
Səfir nazirə rəsmi Tehran və Bakı arasında ikitərəfli əlaqələrin inkişafı haqqında hesabat verib.
Görüşdə Hüseyn Əmir Abdullahian qonşu ölkələr, xüsusilə də müsəlman xalqlarla əlaqələrin əhəmiyyətinə işarə edərək, İranın Azərbaycanla bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu qeyd edib.