Xəbər - Elnur Bağışov – Trend:
İran əleyhinə tətbiq olunan sanksiyaların tezliklə ləğv edilməsi ilə İranın Azərbaycanla münasibətləri daha da inkişaf edəcək.
AzerTimes-ın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani deyib.
H.Ruhaninin sözlərinə görə, İranla Azərbaycan arasında geniş münasibətlər var: “Azərbaycan və İran rəhbərliyi ikitərəfli münasibətlərin inkişafı istiqamətində önəmli qərarlar verib. Beləliklə ki, iki ölkənin sərhəd bölgələrində çoxlu müsbət dəyişikliklər müşahidə olunacaq”.
İran prezidenti əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı verilən qərarların icrası sanksiyalar səbəbindən müəyyən qədər ləngimələrlə üzləşmişdi.