

Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini nəzərə alaraq, lazımı addımlar atılıb və səfirin təyinatı prosesi son mərhələdədir.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və Azərbaycan arasında münasibətlərin son vəziyyəti və səfir təyinatı prosesi ilə bağlı suala cavabında deyib.
Bəqainin sözlərinə görə, İranın Azərbaycanla münasibətləri hər zaman normal və dostluq çərçivəsində olub.