İranın Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq münasibətlərindən daha dərindir – İran prezidenti

Xəbər - Elnur Bağışov – Trend:

Hazırda iki ölkə tərəfindən tənzimlənməkdə olan İran və Türkiyənin əməkdaşlıqları üzrə uzunmüddətli yol xəritəsi hazırkı əlaqələri hərtərəfli əməkdaşlıqlara yüksəldəcək.

Trend xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bu gün Tehranda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu il görüşdə deyib.

İ.Rəisinin sözlərinə görə, İranın Türkiyə ilə yaxın münasibətləri regionda sülh və stabilliyin xeyrinədir. İki ölkənin regional əlaqələri beynəlaxlq əməkdaşlıqlara çevrilməlidir.

Rəisi əlavə edib ki, İranın Azərbaycan və Türkiyə ilə münasibətləri qonşuluq münasibətlərindən daha dərindir.

Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, Türkiyə İranla əməkdaşlıqlar səviyyəsini daha da yüksəltmək niyyətindədir.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda stabilliyin və ticarət münasibətlərinin artırılması üçün İranla müştərək əməkdaşlıqların yaradılması və gücləndirilməsini istəyir.

Teqlər: