İran ilk dəfə 6 lüləli pulemyotu olan “Kərrar” PUA-sını nümayiş etdirib.
AzerTimes xəbər verir ki, PUA-nın görüntüləri Teleqram kanallarında yayılıb.
Məlumata görə, dron 7.62 mm-lik “Axgar” pulenyotu ilə təchiz olunub.
Kadrlarda PUA-nın buraxılışı və pulemyotdan atəş açması kadrları da yer alıb.
Qeyd edək ki, “Kərrar” PUA-sının baza versiyasının hazırlanmasına 2008-ci ildən başlanılıb. PUA-nın maksimal sürəti saatda 900 km-dir.