İstintaqın ilkin nəticələri İranın İsfahan şəhərindəki hərbi zavodun PUA-larla vurulmasında İsrailin əli olduğunu göstərir.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“İlkin əlamətlər İsrailin İsfahana hücumda iştirakına işarə edir, araşdırmalar davam etdiriləcək”, – İranın nümayəndəsi telekanala bildirib.
O, həmçinin, hərbi obyektə hücum edən PUA-ların İranın öz ərazisindən buraxıldığını təsdiqləyib.
Xatırladaq ki, ötən gün İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı zavoduna PUA hücumu edilib. Nəticədə dəhşətli yanğın baş verib.