İran İsrailin Dəməşqə endirdiyi və SEPAH hərbi müşavirlərinin ölümünə səbəb olan zərbəni kəskin şəkildə pisləyib.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“İsrailin cinayətkar və təcavüzkar hərəkəti Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır”, – o bildirib.
Qeyd edək ki, İsrail ordusu bu gün Dəməşqdə SEPAH zabitlərinin qərargah kimi istifadə etdiyi dördmərtəbəli binaya zərbə endirib. Nəticədə bina tamamilə dağılıb, H.Ümidvar da daxil olmaqla, SEPAH-ın 5 hərbi müşaviri və suriyalı hərbçilər ölüb.