İrandan Türkiyə limanlarına gətirilən yüklərin həcmi açıqlanıb

2022-ci ilin yanvar-aprel ayında İrandan Türkiyə limanlarına
gətirilən yüklərin həcmi 48,519 ton təşkil edib.

AzerTimes xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yanvar-aprel aylarında İran bayrağı
altında üzən gəmilərlə Türkiyə limanlarından aşırılan yüklərin
həcmi 3,518 ton, müxtəlif ölkələrin bayraqları altında üzən İran
gəmiləri ilə isə 45,001 ton təşkil edib.

Nazirlikdən qeyd ediblər ki, 2022-ci ilin yanvar-aprel ayında
İrandan Türkiyə limanları vasitəsilə başqa ölkələrə tranzit yük
göndərilməyib.

“Bu ilin aprel ayında Türkiyə limanları 32 060,961 milyon ton
yük qəbul edib. Bu yüklərin 2 091,276 milyon tonu Türkiyə bayrağı
altında üzən gəmilərlə, 29 969,685 tonu isə əcnəbi bayraqlı
gəmilərlə qəbul edilib. Aprel ayında Türkiyə limanlarından 7
197,777 milyon ton tranzit yük aşırılıb”, -deyə nazirlikdən
bildiriblər.

Qeyd olunub ki, bu ilin yanvar-aprel aylarında Türkiyə limanları
130 875,205 milyon ton yük qəbul edib. Bu yüklərin 6 059,121 milyon
tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 121 816,084 milyon
tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib. Yanvar-aprel
ayında Türkiyə limanlarından 28 milyon ton tranzit yük aşırılıb”, –
deyə nazirlikdən qeyd ediblər.

Məlumat üçün bildirək ki, keçən il Türkiyə limanları 386 396,718
milyon ton yük qəbul edib.

Teqlər: