İrandan Səudiyyəyə mümkün hücumla bağlı açıqlama

İrandan Səudiyyəyə mümkün hücumla bağlı açıqlama

İran Səudiyyə Ərəbistanına hücum edəcəkləri ilə bağlı yayılan məlumatlara reaksiya verib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, bu cür xəbərlər bəzi Qərb dairələri tərəfindən İrana qarşı mənfi atmosfer yaratmaq və region ölkələri ilə mövcud müsbət tendensiyaları məhv etmək məqsədi daşıyır.

Qeyd edək ki, “Vol Strit Jurnal” İranın daxildəki etirazlardan diqqəti yayındırmaq üçün Səudiyyə Ərəbistanı və İraqa zərbə endirə biləcəyi haqda sensasion məlumat paylaşıb.

Teqlər: