İrandan Rusiyaya Xəzər dənizi üzərindən müntəzəm dəniz reysləri açılıb.
AzerTimes xəbər verir ki, bu barədə İranın Xəzər Dəniz Gəmiçiliyinin baş direktoru Kambiz Cahanbani deyib.
O bildirib ki, İranın Ənzəli limanından Rusiya limanlarına dəniz xətti fəaliyyətə başlayıb:
“İndiyədək gəmilərimizin hərəkəti ilə bağlı planlar idxala yönəlmişdisə, indi Xəzər dəniz gəmiçiliyi donanmasının hərəkəti ilə bağlı bütün planlar ixraca yönəlib. Xəzər Dəniz Gəmiçiliyi bütün konteyner daşımalarının 75%-ni təşkil edərək dəniz yolu ilə konteyner daşımalarının lideri və flaqmanıdır”.