İsrailin Qəzza zolağında xəstəxanaya aviahücumunu kəskin şəkildə pisləyirik.
AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib.
“İran Qəzzada xəstəxanaya edilən dəhşətli hücumu qəti şəkildə pisləyir”, – Kənani deyib.
Qeyd edək ki, İsrail ordusunun Qəzzada xəstəxanaya endirdiyi zərbə nəticəsində 800 nəfərin öldüyü bildirilir. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib.
İsrail hücumda əli olmadığını, xəstəxanaya düşən raketi “İslami-Cihad”ın buraxdığını bildirib.