Tehran Qərblə münasibətləri bərpa etməyə hazırdır, lakin əlaqələrin yaxşılaşdırılması üçün növbəti addımı Qərb atmalıdır.
AzerTimes xəbər verir ki, bunu İran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani deyib.
“İnanırıq ki, bununla bağlı indi vaxt gəlib çatıb. Növbə qarşı tərəfin qarşılıqlı fəaliyyətə başlaması və münasibətlərdə yeni səhifə açmaq üçün səmimi niyyətlərini sübut etməsidir”, – deyə İran rəsmisi bildirib.