İrandan Paşinyanın layihəsi ilə bağlı açıqlama

İrandan Paşinyanın layihəsi ilə bağlı açıqlama

İran, Hindistan və Ermənistan əlaqələri inkişaf etdirməyə çalışır.

AzerTimes xəbər verir ki, bunu İrəvanda “Yeni regional reallıqlar və Dünyanın kəsişməsi” konfransında çıxışı zamanı İran Prezident Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinin direktorunun beynəlxalq məsələlər üzrə müşaviri Əlirza Kühkan deyib.

“Regionda inkişafın açarı sülhdür. Mən İrəvanın təklif etdiyi “Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) layihəsi çərçivəsində əməkdaşlığa, o cümlədən İran və Ermənistanın əməkdaşlığına nikbin baxıram. İran tələbə mübadiləsinə və İran, Hindistan və Ermənistan universitetləri arasında digər birgə proqramların həyata keçirilməsinə hazırdır. Məhz əlaqələr yaratmaqla regionda inkişafa və sülhə gedən yol açıla bilər”, – Kühkan bildirib.

Teqlər: