İrandan ölkəmizə idxal edilən zəncəfil yararsız çıxdı

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizə idxal edilən zəncəfil məhsulunun yararsız olduğunu aşkarlayıb.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Frei Group” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən 1000 kq zəncəfil məhsuluna baxış keçirilb.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Teqlər: