İran nüvə obyektlərində MAQATE-nin NPT (Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi) müqaviləsindən kənar bütün müşahidə kameralarını söndürmək qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi deyib.
“Qərar verildi ki, əməkdaşlığımızın bir hissəsini, o cümlədən məlumtların NPT-dən kənar olan MAQATE kameraları tərəfindən qeydini dayandıracağıq”, – deyə o bildirib.
Eyni zamanda, Kamalvəndi qeyd edib ki, agentliyin müşahidə kameralarının təxminən 80%-i NPT-nin fəaliyyəti çərçivəsindədir:
“Tehran bu razılaşmaya əməl etməyə davam edir”.