İran milli təhlükəsizliyini qorumaq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün cinayətkarları cəzalandırmaqdan çəkinməyəcək.
AzerTimes xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“İran özünümüdafiə hüququndan istifadə etməklə yanaşı, həm də terrorla mübarizə aparır. Bu əməliyyat tədbiri suverenlik və təhlükəsizliyin müdafiəsi istiqamətində atılan bir addımdır”, – Kənani bildirib.
Qeyd edək ki, gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə ballistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.