İran Prezidenti İbrahim Rəisi İraqın mərkəzi hakimiyyət orqanlarını və kürd muxtariyyətinin rəhbərliyini İsrailə Tehrana qarşı əməliyyatlar keçirməyə imkan verməməyə çağırıb.
AzerTimes xəbər verir ki, Rəisi bu barədə Tehranda İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani ilə danışıqlar zamanı bildirib.
“Biz gözləyirik ki, İraqın mərkəzi hökuməti və İraq Kürdüstanı hökuməti İsrail və antiinqilabçı ünsürlərin bu regionun ərazisindən İrana qarşı fəaliyyətlər üçün istifadə etməsinə icazə verməyəcək”, – Rəisi vurğulayıb.